ABŞ-ın Konnektikut ştatındakı Nyu-Heyven şəhərində yaşayan ravvin Noa Muroff öz vicdanlı hərəkəti ilə bütün dünyanı heyrətləndirib.
Elanlar saytı vasitəsilə köhnə bir yazı masası almış Noa Muroff bu masanın yeşiklərindən birinin içində 98 min dollar nağd pul tapıb.
Yazı masası Muroffun kabinetinin qapısından keçmədiyinə görə, onu sökmək lazım gəlib. Masanın yeşiklərini çıxararkən orada əskinasla dolu bir paket görən ravvin həddən artıq heyrətlənib.
Noa Muroff yerli jurnalistlərlə söhbətində deyib: "Mən arvadımı çağırdım, bir-birimizin üzünə baxdıq və başa düşdük ki, biz bu pulları özümüzə saxlaya bilmərik.
Ravvin Nyu-Heyven şəhərində məktəb müəllimi işləyir.
Muroff yazı masasını ona 150 dollara satmış qadına zəng vuraraq tapdığı pul barədə ona məlumat verib: "Qadın o qədər heyrətlənmişdi ki, deməyə söz tapmırdı. Bu pullar ona miras qalmışdı. O, pulları yazı masasının yeşiyində gizlətmiş, sonra isə tamam unutmuşdu".
Ertəsi gün Noa Muroff və arvadı həmin pulları öz sahibinə çatdırmağa gedəndə özlərinin dörd uşağını da götürmüşdülər, istəyirdilər ki, namuslu olmağın vacibliyini onlara da nümayiş etdirsinlər.
Pulların sahibi təşəkkürünü bildirərək deyib: "Sizin kimi hərəkət edə biləcək adamların Yer üzündə çox olmasını güman etmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB