Almaniyada Əlyazmalar şöbəsi başçısının müavini Brigitta Pfayl və Kitab toplusu şöbəsinin rəhbəri Sabina Lüdemann təxminən 200-dən çox yaşı olan əlyazmanın şərhini veriblər.
Hər şeyi öyrənmək istəyən əməkdaşlar sənədin sirli kodunu aça biliblər. Onların fikrincə, əlyazmanın mətni əvvəlcə alman dilində yazılıb, sonradan xüsusi simvollarla əvəz olunub.
Eksperiment zamanı kitabxananın əməkdaşları təkrarlanan simvolları ayıraraq onları artikllərlərlə, habelə digər çoxişlənən sadə sözlərlə əvəz ediblər. Bu yolla tədqiqatçılar hər simvol üçün alman əlifbasının müvafiq hərfini müəyyənləşdirərək 90 səhifəlik qədim kitabın şərhini veriblər.
Əlyazmada əsasən varlanmağın, xüsusən qızıl və gümüş əldə etməyin yollarlından bəhs olunur. Ovsunlardan başqa, burada sehirli sözlərin qüvvə kəsb edib işə başlaması üçün lazımi şərait yaradılmasına kömək edən "xüsusi təlimat" da var.
Sirli kitabı tərtib edən müəllifin adı hələlik müəyyən edilməyib. Ola bilsin ki, müəllif hər hansı bir gizli cəmiyyətin, məsələn, mason təşkilatı şöbəsinin üzvü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB