İstədiyiniz anda paket çayı qaynar su ilə dolu fincana salıb cəmi yarım dəqiqə gözləmək hazır çay içə bilərsiniz. Lakin Tomas Sallivan olmasaydı bu mümkün olmayacaqdı. Belə ki, Tomas Sallivan isə kiçik çay paketlərini yalnışlıqla icad edib. 1908-ci ildə o Nyu-Yorkda çay ticarəti ilə məşğul olub və müştərilərinə çay nümunələrini göndərməyin daha rahat üsulunu axtarəb. Bu zaman Sallivan çay paketlərini qutularda deyil, kiçik ipək torbalarda göndərməyi sınaqdan keçirib. Onun bir çox müştərisi bu torbaların elə bu formada istifadə edildiyini zənn edərək onları fincanların içərisinə atıblar. Məhz bu müştərilər daha sonradan Sallivana bildiriblər ki, ipək bu cür dəmləmələr üçün çox da uyğun deyil və ona marledən (cunadan) istifadə etməyi məsləhət görürlər.
1920-ci ildə çayın kiçik paketlərdə istehsalı üçün sərmayə yatırılır. Kiçik çay paketləri bu zaman böyük və kiçik olmaqla iki ölçüdə buraxılır. Bundan sonra isə dəmlənən çay paketlərini fincandan çıxarmaq üçün ona ip də əlavə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB