Ateistlər üçün "kilsə"…

Böyük Britaniyada ateistlər üçün özünəməxsus "kilsə" yaradılıb.

Bu qeyri-adi təşkilat Mançesterdə fəaliyyətə başlayıb. Məlumata görə, aqnostiklər və həyatda ümidləri boşa çıxmış insanlar "kilsə"yə gələrək bir-biri ilə görüşür və mühazirələr oxuyurlar. Bu zaman Tanrı və din barədə heç nə danışılmır.

Adi kilsələrdə olduğu kimi, burada da xor fəaliyyət göstərir, həmçinin ianələr toplanır. Lakin dini nəğmələr və "Bibliya" oxumaq əvəzinə, toplaşanlar tanınmış müğənnilərin hitlərini ifa edir və "Alisa möcüzələr ölkəsində" əsərini oxuyurlar.

"Kilsə"nin qurucularından biri qeyd edib ki, Böyük Britaniya əhalisinin təqribən 35 faizi ateistdir və həmin insanlara dəstək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə