Türkiyənin Sultangazi ərazisində yerləşən orta məktəblərdən birində 12 yaşlı şagird ingilis dili müəlliməsini döyərək, ona ağır xəsarət yetirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə müəllimənin sinifdə nizam-intizam yaratmaq istəməsi ilə bağlı olub. Belə ki, Tuğba Zambak sinifdə arxa sırada oturan şagirdləri sakitləşdirmək üçün bir neçə dəfə xəbərdarlıq etsə də, şagirdlərdən biri ona məhəl qoymayıb. Ona ədəbsiz şəkildə "Sən kimsən? Mən istədiyim qədər danışacağam" cavabını verib. Şagirdin adını soruşduqdan sonra onun bu sinifdən olmadığı məlum olub. Bundan hiddətlənən Tuğba Zambak təkidlə ondan sinfi tərk etməsini istəyib, qolundan tutaraq qapının yanına aparmağa cəhd edib. Bu zaman şagird gözlənilmədən müəllimin gözünə ard-arda bir neçə yumruq vurub. Bununla kifayətlənməyən şagird- "Sən görərsən, bunun hesabını səndən alacam səni öldürəcəm", - deyib.
Hadisə ilə bağlı məktəb direktoru şagirdin məktəbdən uzaqlaşması barədə göstəriş verib. Müəllim və şagird heyəti sözügedən şagirdin dərslərə girmədiyini, üzərində bıçaq gəzdirdiyini, eyni zamanda sinif yoldaşlarına qarşı kobud davrandığını bildiriblər. Başına gələn hadisədən heyrətlənən və aldığı xəsarətlə yanaşı, psixoloji sarsıntı keçirən Tuğba Zambak dərs dediyi məktəbə gedərkən qorxu hissi keçirdiyini, hər an sözügedən şagirdin onu bıçaqlayacağından narahat olduğunu deyib.
Qeyd edək ki, hadisədən sonra tez-tez baş gicəllənməsi keçirdiyini və xəsarət aldığı gözünün yaxşı görmədiyini bildirən müəllimə bu işi boş buraxmayacağını, şagirdin cəzalandırılması üçün əlindən gələni edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB