Bu corablarla yıxılmayacaqsınız

Yaponlar ilişib yıxılmağın qarşısını alan corablar yaradıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, zahirən onlar adi corablardan seçilmir. Ancaq barmaq hissəsi xüsusi sintetik materialdan hazırlanıb ki, bu da yeriyən zaman barmaqları yuxarı qaldırır. Beləliklə, insan yeriyəndə barmaqları pilləkənə dəyib zədələnmir.

İstehsalçıların sözlərinə görə, corablar ağırlıq mərkəzinin dabana yerdəyişməsini təyin edir və bununla yıxılma ehtimalını sıfıra endirir. Yenilik sınaqdan çıxarılıb və əla nəticə verib.

Corabların sınaq müddəti davam etdirilir, amma istehsalçılar ümid edirlər ki, yaxın 5 ildə onları satışa çıxarıb yaxşı pul qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə