Həbsxana muzeyə çevrilib

Fransanın Reo şəhərindəki həbsxana muzeyə çevrilib.

Penitensiar müəssisə Luvrdan, Pikasso Muzeyindən, Təbiət Tarixi Muzeyindən və Parisin digər kolleksiyalarından gətirilmiş rəsm əsərləri ilə bəzədilib.

Şedevrlərin – 89 rəsm əsərinin hamısı orijinaldır.

Sərgiyə yalnız məhbuslar və həbsxana qulluqçuları tamaşa edə bilərlər.

Geniş ictimaiyyətə bilet satılmır.

Bütün xəbərlər Facebook səhifəmizdə