Uzun müddətə sərmayə yatırmaq məsələlərində tələsməyəsiniz İşğüzar adamlar üçün ulduz falı

Uzun müddətə sərmayə yatırmaq məsələlərində tələsməyəsiniz İşğüzar adamlar üçün ulduz falı

QOÇLAR bu həftə perspektiv planlar qurmalıdırlar. Astroloqlar bildirirlər ki, bu yeddi gün ərzində düşünülmüş layihələri həyata keçirmək şansı yüksək olacaqdır. Həftə sonu ehtiyatlı və tədbirli olun, emosiyalara qapılmayın.

BUĞALAR özlərini sonu görünməyən qaçhaqaçın içində hiss edəcəklər. Tərəfdaşlarla münasibətlərdə etimadsızlıq yarana bilər. İmzalamağa çoxdan hazırlaşdığınız müqavilə göründüyü qədər sərfəli deyildir. Biliklərinizi genişləndirməlisiniz. Yaxşı olar, əməkdaşlarınızın ixtisasının artırılması barədə düşünəsiniz.

ƏKİZLƏRİN yeni ideyaları rəhbərliyin diqqətini cəlb edəcəkdir. Enerjinizin və intuisiyanızın köməyi ilə müşavirələrdə bir çox müşkül məsələlərin düyününü açacaqsınız. Çox güman, əvvəlki layihələrdən qazanc götürəcəksiniz. Yaxşı olar ki, uzun müddətə sərmayə yatırmaq məsələlərində tələsməyəsiniz.

XƏRÇƏNGLƏR vaxt qıtlığından əziyyət çəkəcəklər. Vacib bir layihəni vaxtında başa çatdırmalısınız. İş yerində dəyişikliklər olacaqdır. Texnika ilə problemlər yarana bilər. Təşəbbüskar olun və olub-keçənlərə görə qanınızı qaraltmayın.

ŞİRLƏRİN peşəkarlığı daha geniş vüsət alacaqdır. Rəhbərlik sizi qiymətləndirir. Çoxdan nəzərdə tutduğunuz layihələrinizi cəsarətlə ona təqdim edə bilərsiniz, çünki ideyalarınız qeyd-şərtsiz bəyəniləcəkdir. Yaxınlarınızdan birinin sağlamlığında problem yarana bilər.

QIZLAR yarımçıq işlərini qaydaya salmalıdırlar. Axı, ala-yarımçıq işlər hətta sizin kimi səliqəli və çalışqan adamlarda da olur. Maliyyə məsələlərində daha sərvaxt olmalısınız. Kömək üçün köhnə dostlara müraciət edin.

TƏRƏZİLƏRİ adi iş günləri gözləyir. Ola bilsin, gecə-gündüz çalışmalı olacaqsınız. Hətta istirahət günləri də işiniz başınızdan aşacaqdır. Həyəcanlanmayın, işə sərf etdiyiniz vaxtın əvəzini üçqat çıxacaqsınız. İş prosesindəki çətinliklərə fəlsəfi yanaşın. Düzgün qidalanmağa çalışın.

ƏQRƏBLƏR fəaliyyət dəyərlərinin birdən-birə dəyişməsi ilə üzləşəcəklər. Düzüb-qoşduğunuz büdcənizə düzəlişlər etmək lazım gələcək. Vacib görüşlər ərəfəsində qarderobunuza əl gəzdirməlisiniz. Axı, yaxşı bilirsiniz ki, insanı geyimə görə qarşılayıb, ağıla görə yola salırlar.

OXATANLAR sağlamlıq durumları barədə düşünməlidirlər. Bütün gününüzü işdə keçirsəniz, həyat eşqiniz və kreativliyiniz tükənəcəkdir. Doğmalarınız və yaxınlarınız barədə düşünün. Doğma insanların işləri ilə maraqlanmağınız həm onlar, həm də sizin üçün faydalı olacaqdır.

OĞLAQLAR həftənin əvvəlində daşınmaz əmlakla bağlı məsələləri həll edəcəklər. Ola bilsin, şəhərin mərkəzinə yaxın yerdə yeni mənzilə köçmək barədə düşünəcəksiniz. Bütövlükdə həftə sürprizlər, gizli maneələrlə dolu olacaqdır. Danışıqların nəticəsi cazibə qüvvənizdən, dilinizin şirinliyindən asılı olacaqdır.

DOLÇALAR planlarını həyata keçirərkən bir sıra əngəllərlə qarşılaşacaqlar. Həftənin xeyli hissəsini bu maneələri aradan qaldırmağa sərf edəcəksiniz. İnadkar və bacarıqlı olmasanız, gələcəkdə bu planlarınızın icrası düyünə düşəcəkdir.

BALIQLAR bütün sahələrdə əsaslı dəyişikliklərə hazır olduqlarını düşünəcəklər. Belə yanlış fikirlər maliyyə itkilərini qaçılmaz edir. Bu həftəni mümkün qədər əsəbiləşmədən, sakit halda başa vurmağa çalışın.

Bütün xəbərlər Facebook səhifəmizdə