Gənc cütlüyün dağ faciəsi

Türkiyənin Muğla şəhərində 1 aylıq gəlinin ölüm hekayəsi eşidənləri dəhşətə gətirdi. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sözügedən şəhərdə, mənzərəni seyr etmək və dincəlmək üçün Asar dağına çıxan yeni evli çütlük burada xatirə olaraq fotaşəkil çəkdirməyi qərara alıb. Elə bu zaman bədbəxt hadisə baş verib. 22 yaşlı gənc gəlin Şəkil Karataş tarazlığını itirərək, 75 metr yüksəklikdən yıxılaraq, həyatını itirib. Hadisədən sonra onun baş vermə səbəblərini araşdıran polis əməkdaşları gənc gəlinə məxsus fotoaparatda onun son çəkdirdiyi şəkli üzə çıxardıb. Ölümün səbəbləri haqqında məlumat vermək üçün hadisə yerinə aparılan Coşkun Karataş istintaqı icra edən Muğla Respublika Prokurorunun əməkdaşlarına hadisə anlarını izah edib: "Hadisədən 3-4 saat əvvəl yoldaşımla mənzərə seyr etmək üçün dağa getmişdik. Uzun müddət söhbət etdik. Söhbət zamanı gələcəyimizlə bağlı xəyallar qurduq. Havanın qaraldığını, axşama doğru getdiyini görüncə, şəhərin işıqlanan ecazkar mənzərəsində şəkil çəkdirməyi qərar aldıq. Birlikdə bir-birimizin fotoşəkillərini çəkməyə başladıq. Əvvəl o mənim fotoşəkilimi çəkmişdi. Sonra mən onun fotoşəkillərini çəkməyə başladım. Hər şey bir anda oldu. Həyat yoldaşım poza verərkən bir anda aşağıya düşdü,onu tutmaq, həyatını xilas etmək şansım olmadı. Həyat yoldaşımı çox sevirdim, hələ yaşananlara inana bilmirəm. O mənim üçün ölməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə