Alma dərini necə gözəlləşdirir?

Alma dərini necə gözəlləşdirir?

Almadan gələn gözəllik.

Almanın yaratdığı möcüzələri saymaqla bitmir. Bu maska ilə dərinz daha yaxşı olacaq.

Ərzaqlar:

Orta boy qırmızı alma və 4 ədəd ərik qurusu

Hazırlaması:

Bir ədəd qırmızı almanın qabığını soyun. Maska üçün qabıqlarını saxlayın. Sonra isə ərikləri 1,5 sm qalınlığında doğrayın. Alma qabıqlarını və əriyi bir qaba tökün içinə isə bir qədər su əlavə edin. 5 dəqiqə ağzı bağlı qabda və odun üstündə saxlayın.

Yumşaldıqdan sonra qaşıqla onu yaxşıca əzin. Əzən zaman üzərinə az-az su əlavə edin. Soyuduqdan sonra iki barmaq yardımı ilə alına, üzə, yanaqlara, buruna asta şəkildə çəkin. Təxminən 20-30 dəqiqə üzdə saxlanılmalıdır. Daha sonra ilıq su ilə yuyun. Bu maska dərini həm yumşaq edir, həm də nəmləndirir.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə