Artıq ölüm saatımızı da dəqiq biləcəyik

Artıq ölüm saatımızı da dəqiq biləcəyik

Britaniya alimləri ağlasığmaz ixtira ediblər: onlar insanın ölüm tarixini öyrənməyə imkan verən saatabənzər qurğu yaradıblar.

Həyat-ölüm saatını Britaniya alimləri – Lankaster Universitetinin fizika professorları kəşf etmişlər. Anette Stefanovski və Piter MakKlintok təsdiq edirlər ki, onların ixtirası gələcəkdə istənilən insanın ölüm gününü göstərə biləcək. Hələlik ixtiraya ad verilməyib, lakin zahirən o, qol saatını xatırladır.

Əslində hər şey göründüyü kimi sadə deyildir. Bu qurğu – saat insanın sağlamlıq vəziyyətini ciddi analiz edir. O, qan damarlarında endocisim hüceyrələrini təhlil edir ki, bunun da nəticəsində insanın qocalma sürəti müəyyənləşdirilir. Prosedur lazer şüalanmasının köməyi ilə həyata keçirilir.

İkinci adı "ölüm testi" olan bu ixtiradan təbabətdə, ilk növbədə insanların onkoloji xəstəliklərə və kəmağıllılığa meylliliyini müəyyən etmək üçün istifadə olunacaq. Ölüm testinin nəticəsi 0-dan başlayaraq dəyişir. Bu, o deməkdir ki, insan ölüb, 100-dək sağdır və optimal vəziyyətdədir. Testin yaradıcılarından biri olan professor Anette Stefanskinin fikrincə, test məlumatları bir neçə il araşdırılarsa, insanın bu dünyada neçə il yaşayacağını müəyyənləşdirmək olar.

Testin işlənib hazırlanması müxtəlif xeyriyyəçi tibb təşkilatları tərəfindən maliyyələşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə