15 yaşlı qızın çəkisi onun yaşı qədərdir

15 yaşlı qızın çəkisi onun yaşı qədərdir

Türkiyənin Antalya şəhərində yaşayan 15 yaşlı qızın çəkisi, onun yaşı ilə eynidir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 15 kilo ağırlığında olan Asya Hisar 14 ildir ki, çəkisizlikdən əziyyət çəkir. Hətta tibb belə onun hansı xəstəlikdən bu vəziyyətə gəldiyini müəyyən etməkdə acizdir. Qızının narahatlığının 1 – 1,5 yaşlarından başlayaraq qusma və ishalla başladığını ifadə edən atası Orhan Hisarın sözlərinə görə, həkimlər ilkin diaqnoz olaraq, onun vitaminsizlikdən bu vəziyyətə düşdüyünü deyiblər. Lakin bu diaqnoz özünü doğrultmayıb.

Asya Hisar ibtidai sinfə qədər məktəbə gedə bilsə də, 11 yaşından sonra o, sərbəst şəkildə hərəkət edə bilməyə təaqəti olmadığından təhsili dayandırmaq məcburiyyətində qalıb. Özü haqqında müsahibə verən qız boş vaxtlarını kiçik qardaşı Eylüllə və televizora baxmaqla keçirdiyini deyib. Onun sözlərinə görə, məktəb yoldaşlarından geri qaldığı və təhsilini yarımçıq qoyduğu üçün kədərlənir. Həkimlərin ona sağalması üçün ana südü içməyi məsləhət gördüyünə görə, o, analara müraciət edərək, ona süd vermələrini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə