Oğlu anasını 5-ci mərtəbədən atdı

Oğlu anasını 5-ci mərtəbədən atdı

İstanbulun Küçükçekmece mahalında yaşayan Coşkun Qalxan adlı şəxs anasını 5-ci mərtəbədə yerləşən evlərinin balkonundan aşağıya atıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yaşlı qadın hadisə yerində can verərək ölüb. Bədbəxt hadisə dünən saat 21.00 radələrində baş verib. İddiaya görə, 49 yaşlı Coşkun Qalxan birlikdə yaşadığı 84 yaşlı anası Makbule Günəşləri qulağına gələn qəribə səslərə əsaslanaraq öldürüb. O, hadisə yerinə gələn polisə ifadə verərkən evdə oturduğu vaxt qulağına qəribə səslər gəldiyini deyib: "Bu səslər anamın məni aldatdığını, qardaşlarımın ögey olduğunu söylədi. Buna görə də anamı balkondan atdım".

Qeyd edək ki, Coşkun Qalxanı müdafiə edən dostu Bahattin Keskin onun psixoloji probleminin olduğunu, bir ay əvvəl xəstəxanada müalicə aldığını deyib. Lakin iddialar hələ ki, polis və xəstəxana tərəfindən təsdiq olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə