Sərnişinlər çəkisi 32 ton olan qatarı yerindən tərpədib

Sərnişinlər çəkisi 32 ton olan qatarı yerindən tərpədib

Tokioda, dəmir yolu stansiyasında onlarca sərnişin gediş-gəlişin qızğın vaxtında qatarla platforma arasında 20 santimetrlik boşluğa düşən gənc qadını xilas etmək üçün çəkisi 32 ton olan qatarı yerindən tərpədə bilib.

Hadisə Yaponiya paytaxtının şimalında Minami-Urava stansiyasında baş verib.

Təxminən 40 sərnişin boşluğu genişləndirmək və zərərçəkəni oradan çıxarmaq üçün qatarı yerindən tərpədib. Qadın bu hadisəni müşahidə edənlərin gurultulu alqış sədaları altında düşdüyü yerdən sağ-salamat çıxarılıb.

İşə gedən "Yomiuri" qəzetinin fotoqrafı həmin anı lentə alınıb. Fotoşəkillər yerli KİV-lərdə yayılıb.

Bu hadisə üzündən qatar stansiyada 8 dəqiqə ləngidib.

Qatarların hərəkəti qadını platformaya çıxaran kimi bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə