Alimlər Antarktikada ən uzun və sürətlə üzən Payn Aylend buzlağından aysberqin qopmasını ilk dəfə müşahidə ediblər. Alfred Vegener İnstitutu nəzdində Helmholts adına Qütb və Dəniz Araşdırmaları Mərkəzinin alimləri Almaniya Kosmik Agentliyinin (DLR) "TerraSAR-X" peykinin köməyi ilə aysberqin yerdəyişməsini izləyirlər.
Güman edilir ki, şəkillərin, nəhayət, aysberqlərin nə üçün buzlaqlardan qopmasının sirrinin üstünü açmağa və bunun ekoloji vəziyyətə necə təsir göstərəcəyini öyrənməyə imkan verəcək.
ABŞ-ın NASA kosmik agentliyinin alimləri Payn Aylend buzlağında birinci çatı 2011-ci oktyabrın 14-də həmin rayon üzərində uçarkən aşkar ediblər. O vaxt çatın uzunluğu təxminən 24 kilometr, eni 50 metr olub. Bir müddət keçdikdən sonra buzlaqdan ölçüsü təxminən 720 kvadrat kilometr olan nəhəng aysberq (Hamburq şəhəri ilə müqayisə oluna bilər) qopub. Hazırda aysberq Amundsen dənizində üzür.
Aysberq qopmamışdan əvvəl buzlağın sürəti sutkada təxminən 12 metr olub. Alimlər hazırda peykdən çəkilmiş şəkillər ilə kompyuter modelləşdirməsinin ilkin məlumatlarını müqayisə edirlər. Nəticələr uyğun gəlsə, mütəxəssislərin qlobal istiləşmə zamanı buzlaqların hərəkəti barədə irəlicədən xəbər vermək imkanı olacaq.
Sürətlə üzən Payn Aylend buzlağının Qərbi Antarktikanın şelf buzlaqları üçün potensial ciddi nəticələri ola bilər. Antarktikanın qərbindəki iri buz kütlələri dəniz səviyyəsindən aşağıda yerləşir. Belə bir təhlükə vardır ki, iri kütləli şelf buzları qeyri-sabit olacaq, qopmağa başlayaraq üzüb okeana gedəcək.
Qərbi Antarktika buzlaq massivinin bütünlüklə okeana üzməsi dəniz səviyyəsinin qlobal şəkildə - təxminən 3,3 metr artmasına gətirib çıxaracaq. Alimlər tədqiqatlar üçün yeni vasitələrlə silahlanaraq, iqlimimiz üçün böhranlı halların yaranmasına yol verməməyə çalışırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB