İmsaqda tox tutan yeməklər MARAQLI

İmsaqda tox tutan yeməklər MARAQLI

Ramazan ayında diqqət edilməsi vacib olan məlumatlar:

"İmsaqda ağır yeməklər yerinə yüngül qidaların seçilməsi daha uyğundur. Pendir növləri, süd və süd məhsulları, yumurta kimi zülal məzmunu yüksək olan qidalar mədəni daha gec tərk etdiyi üçün toxluq müddətini uzadır. Ramazan ayında tez-tez yaşanan problemlərdən biri də qəbizlikdir.

İmsaqda və iftarda mütləq lifli qidalar istehlak edilməlidir. Qatıq, ayranın içərisindəki faydalı bakteriyalar bağırsaqların nizamlı işinə köməkçi olur. Çiy tərəvəz və meyvə istehlakına diqqət göstərilməlidir. Ərik, xurma kimi meyvələr bağırsaq işinə kömək edir. İmsaqda 2-3 ədəd qoz, 8-10 ədəd badam-fındıq yemək həm E vitamini ilə təmin edir, həm də toxluq yaradır.

Bol su için

İmsaqda və iftardan sonra yatana qədər olan müddətdə mütləq bol su istehlak edilməsi lazım olduğunu söylənilir. İftarda başlanğıc olaraq şorbanın ən uyğun qida olduğu bildirilir. Həmçinin "Şorbadan sonra pendir, zeytun, xurma və s. Qidalandıqdan sonra yeməyə 15-20 dəqiqə fasilə verilməlidir. Yeməklərin ara verilmədən sürətli bir şəkildə istehlak edilməsi qan şəkərinin çox sürətli yüksəlməsinə səbəb ola bilər.

Çalışın, zeytunyağlı yeməklər yeyin

Verilən fasilədən sonra ətli tərəvəz yeməyi, yarma plovu, düyü plovu, salat - zeytunyağlı tərəvəz yeməyi istehlak edilə bilər. Xüsusilə yağda qızartmadan, qovrulmadan hazırlanmış yeməklər istehlak edilməlidir. Çox edilən səhvlərdən biri iftarda turşulu içki istehlak etməkdir. Turşulu içkilər mədəyə zərər verir. Bu səbəblə turşulu içkilər yerinə ayran, az şəkərli limonat və ya meyvə şirəsindən istifadə oluna bilər.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə