Özünü həyat yoldaşından müdafiə etmək üçün Kik Boks yarışlarına qatıldı

Özünü həyat yoldaşından müdafiə etmək üçün Kik Boks yarışlarına qatıldı

37 yaşlı qadın ərindən özünü müdafiə etmək üçün Kik Boks yarışlarına qatılıb. Onun bu təşəbbüsü irəli sürməsinə səbəb, həyat yoldaşı tərəfindən mütamadi olaraq döyülməsi olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyənin İzmir şəhərində yaşayan Mekin Serdaroğlu yarışa qatılarkən, çempion olacağını ağlına belə gətirməyib. Onun əsl məqsədi əri tərəfindən döyülərkən müqavimət göstərmək bacarığına sahib olmaq olub. 2 illik idman məşğələlərində uğurlu olduğu üçün, müəllimi onun bu sahədə yarışlara qatılmasını məsləhət görüb. Müəlliminin sözlərindən sonra yarışa qatılan qadın 1-ci yerə çıxaraq medalla təltif olunub. Türkiyə qəzetlərindən birinə müsahibə verən Mekin Serdaroğlu "Bu idmana başlayaraq özümə olan inamımı qazandım. Hətta, cempion adına belə layiq görüldüm. Artıq ərim mənə heç nə edə bilməz, ondan qorxmuram. Qarşılaşdığım istənilən təcavüzə müqavimət göstərə bilərəm. Buradan bütün qadınlara səslənirəm, siz yol vermədiyiniz tədqirdə, heç kim sizə heç nə edə bilməz. Mən özümə inandım və qarşıma qoyduğum məqsədə çatdım. Şükürlər olsun Allaha ki, indi normal bir evlilik münasibətim var. Əgər siz də əriniz tərəfindən təcavüzlə qarşılaşırsınıza, mənim etdiyimin eynisini edin", -deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə