Bunları bilmək maraqlıdır

1. Hər il Yer üzünə ildırımla 10 milyon ton azot gətirilir.;

2. Təxminən Yer kürəsinin 70% -i su ilə örtülüdür. Bundan yalnız 1%-i içməli su kimi yararlıdır;

3. Televiziya ilə ilk hava proqnozu 11 noyabr 1936-cı ildə İngiltərədə verilib;

4. 1 damla neft 25 litr suyu yararsız hala salır;

5. Orta ölçülü aysberqin çəkisi təxminən 20 millyon tondur;

6. Burnu silərkən oradakı təzyiq orta hesabla 8800 paskal olur;

7.Sutka ərzində insanın ayağının həcmi 8 faiz dəyişə bilər;

8. Dünyada birinci əczəxana Bağdadda açılıb;

9. İnsan beyni 20 milyard sinir hüceyrələrindən təşkil olunub və gündə 96 milyon bit informasiya yadda saxlaya bilir. İnsan ölərkən təqribən 150 trilyon bit məlumat xatırlayır;

10. İlk metro stansiya 1860-ci ildə Londonda açılıb;

11. Ürəyin işləməsini yazan ilk elektrokardioqrafiya cihazını 1903-cü ildə Willem Einthoven icad edib;

12. Hərbi salamı sol əllə vermək bütün dünyada qadağandır;

13. İndiyə qədər 1 aprel zarafatlarından 1000-ə qədər adam dünyasını dəyişib;

14. Hər gün hava yollarından təqribən 10 milyon adam istifadə edir;

15. Kəpənəklər dadı ayaqları ilə hiss edir;

16. Fil tullana bilməyən yeganə məməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə