27 ildən sonra sümükləri tapıldı

27 ildən sonra sümükləri tapıldı

27 ildir itkin düşən qadın evinin zirzəmisində ölü tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York ştatında 1985-ci ildən etibarən itkin düşmüş kimi qeydiyyata alınan Joan Nichols adlı qadının cəsədi evi təmir edən ustalar tərəfindən tapılıb. Daha sonra ustaların polisə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində tapılan sümüklərin 27 il əvvələ aid olduğu və onların evin sahibəsi-Joan Nichola məxsusluğu məlum olub. Sklet üzərində aparılan araşdırmalar zamanı xanım Nicholsın ölüm səbəbi də açıqlanıb. Belə ki, onun başından aldığı zərbə nəticəsində öldüyü təyin olunub.

Qeyd edək ki, hadisə ilə bağlı polisin araşdırmaları hələ də davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə