Zimbabveli bir kişi öldükdən sonra dirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 34 yaşlı Brighton Dama Zanthe öldükdən sonra yaxınları onu dəfn etmək üçün tabuta yerləşdirib. Lakin onun qəflətən tabutun içində ayaqlarını tərpətməsi hər kəsi təşvişə salıb. Baş verənlərə inanmayan yaxınları tabutu açıb, Zanthenin gözlərinin açıq olduğunun, ayaqlarının isə hərəkət etdiyinin şahidi olublar. Baş verənlərdən heyrətə gələn qohumlar onu xəstəxanaya yerləşdiriblər. İki gün xəstəxanada qalan Zanthe evə buraxılarkən özünü yaxşı hiss etdiyini, həyata 2- ci dəfə qayıtdığı üçün xöşbəxt olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB