Xərçəng xəstəliyinin profilaktikası üçün dərmanlar...

Xərçəng xəstəliyinin profilaktikası üçün dərmanlar...

Vaxtilə qohumları döş xərçənginə tutulmuş britaniyalı xanımlara bu xəstəliyin inkişafının qarşısını alan dərmanlar təklif olunacaq. Böyük Britaniya Səhiyyə İdarəsinin müvafiq bölməsi tərəfindən buraxılmış yeni təlimat Avropada sağlam qadınlarda döş xərçəngi əmələ gəlməsinin qarşısını profilaktik dərmanlarla almağı nəzərdə tutan ilk belə sənəd olub.

İndiyədək yalnız bu xəstəliyin diaqnozu qoyulmuş xanımlar dərmanlarla müalicə olunub.

Xərçəng xəstəliyinin inkişafı riskinin yüksək olduğu qadınlar hələlik əsaslı monitorinq və hər iki süd vəzisinin cərrahi yolla kəsilib götürülməsi arasında seçim etməlidirlər.

Hollivud aktrisası Ancelina Coli bu ilin mayında bildirib ki, onun hər iki döşünün kəsilib götürülməsi əməliyyatı aparılıb, çünki xərçəng xəstəliyinə tutulma riski ona genetik olaraq irsən keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə