Daha gənc görsənmək üçün..

ABŞ-lı elm adamlarının apardıqları araşdırma zamanı məlum olub ki, qırmızı dodaq boyaları qadınları daha çox gənc göstərir. SİA-nın məlumatına görə, mütəxəssislər qırmızı dodaq boyasından istifadə edən qadınların açıq rəngli dodaq boyasından istifadə edən qadınlardan daha gənc göründüklərini bildiriblər.

Psixoloq, professor Richard Russel 289 qadın üzərində aparılan apaşdırmanın sonunda deyib ki, qadın yaşlandıqca dodağının, göz qapaqlarının və dərisinin rəngi solur: "Parlaq rəngli makiyaj vasitələri isə meydana gələn solğunluğu aradan qaldırır və qadınlar daha gənc görünürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə