61 yaşlı gəlin, 8 yaşlı bəy FOTO

61 yaşlı gəlin, 8 yaşlı bəy FOTO

8 yaşlı Sanele Masilela özündən 53 yaş böyük olan qadınla ailə qurub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, 61 yaşlı Helen Şabanqum əvvəl ailəli olub və 5 uşağı var. Masilela evlənmək istədiyini ailəsinə bildirərkən ailəsi onu ciddi qarşılayıb və 500 avro ona, 1000 avro isə toyun təşkil olunmasına xərcləyib. Gümüşü rəngli kostyum geyinən Sanele 100 nəfər qonağın qarşısında üzüyü həyat yoldaşının barmağına taxıb. Cənubi Afrikanın Tşvana şəhərində baş tutan toy məclisi cəmiyyət tərəfindən yaxşı qarşılanmayıb. Lakin ailə bu mərasimi müdafiə edib.

Sanele və gəlin nikah kəsdirməyiblər və birgə yaşamayacaqlar. Onların hər ikisi normal həyatlarına davam edəcəklər. Sanele bildirib ki, o evlənmək istədiyi üçün bu mərasim təşkil olunub: "Mən Helenlə evləndiyim üçün xoşbəxtəm, amma mən məktəbə gedəcəm. Böyüyəndə yaşıma uyğun biri ilə ailə quracam".

Qeyd edək ki, 37 və 27 yaşlarında uşaqları olan gəlin də toy mərasiminə görə sevindiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə