İtaliyanın Ferrari avtomobil konserni Cenevrədə beynəlxalq avtomotor-şouda yeni modelini təqdim edlib. F70 və F150 kod adları ilə satılan əfsanəvi Enzo-dan fərqli olaraq, yeni model, sadəcə, LaFerrari adlanır.
Hipaerkar 6,3 litrlik, 12 silindrli, 800 at gücündə müşərriktə təmin olunub.
100 km/saat sürətə daha tez çatmaq üçün maşın 163 at gücündə elektrik mühərriki ilə də təmin olunub. Bu mühərrik KERS tipli kinetik enerjinin rekuperasiya sistemindən qidalanır.
LaFerrari 100 km/saat sürət 2,9 saniyəyə çatır. Maşının maksimal sürəti 352 km/saatdır.
Beləliklə, LaFerrari İtaliyanın məşhur Ferrari konserninin tarixində ən sürətli avtomobildir. LaFerrari-nin ilkin satış qiyməti 1,9 milyon dollardır. milli.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB