Avtomobillərin sıx olduğu yollar, ardı-arası kəsilməyən siqnal səsləri, saatlarla hərəkətsiz qalan tıxaclar. Bütün bunlar Bakı sakinlərinin gündəlik həyatının bir hissəsinə çevrilib. Ancaq bəzi səbrsiz sürüclər var ki, nəyin bahasına olursa-olsun tıxacdan çıxmaq istəyir. Bəzi hallarda sürücülər tıxacda qalmamaq üçün qarşı yola keçir. Nəticədə əks istiqamətdə hərəkət edən avtomobillərin qarşısı kəsilir və nəqliyyatın hərəkəti iflic olur. Bəzi hallarda sürücülər təcili tibbi yardım və ya yanğın söndürən avtomobillərə də yol vermirlər.
Bəzi sürücülər isə qarşısındakı avtomobilin də hərəkət edə bilmədiyini görə-görə səs siqnallarından istifadə edir.Bu isə ətrafdakı insanların narahatlığına səbəb olur. Sürücülərdən biri deyir ki, gedirsən tıxacdı durmusan burda, bir yol qarşıdan gəlir bir yol belə gedir: "Arxadan gələn səni də keçib qarşıdan gələnin qarşısını kəsir. Onun arxasından gələn o birinin qabağına keçir qarşısını kəsir, yəni demək olar mədəniyyət sıfırın altındadı bizim sürücülərdə".
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, bəzi hallarda tıxac olmayan, sadəcə hərəkətin sıxlığı müşahidə olunan yollarda sürücülər qarşı yola keçir, ya səkinin üstünə çıxır: "Bir qədər səbr etmək lazımdır, ola bilər ki, 5 dəqiqədən sonra hərəkət bərpa olsun avtomobil getsin ama sürüclər qarşı hərəkət zolağına çıxırsa sürücülər saatlarla gözləməli olurlar".
Qeyd edək ki, bir sıra ölkələrdə tıxac vaxtı qarşı yola keçən və ya hərəkət üstünlüyünə malik olan operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər böyük cərimələrlə cəzalandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB