Ən populyar avtomobil hansıdır?

Azərbaycanda ən çox sürülən avtomobil "VAZ" markalı avtomobillərdir

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycanda ən çox sürülən avtomobil "VAZ" markalı avtomobillərdir. Hazırda Azərbaycanda 430 mindən yuxarı "VAZ" markalı avtomobildən istifadə olunur.

İkinci yeri "Mercedes" markalı avtomobillər tutur. Belə ki, Azərbaycanda 160 min "Mercedes" markalı avtomobil sürülür.

Üçüncü yerdə isə "Hyundai" markalı avtomobillər durur. Azərbaycanda 50 minə yaxın sürücü bu markadan istifadə edir. Sonrakı dördüncü yeri (20 mindən çox) isə BMW markalı avtomobillər tutur.

Qeyd edək ki, hazırda Azərbaycanda ümumilikdə 1 milyon 160 min avtomobil mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə