İtaliya turizm ölkəsi kimi bütün dünyada məşhurdur. Gözəl muzeylər, maraqlı tikililər bu ölkənin bəzəyidir. Amma bu ölkənin bəzi şəhərləri həm də öz qəribəliyi ilə diqqəti cəlb edir. Palmanova şəhəri Venesiyanın 120 kilometrliyində yerləşir. Şəhər 16-cı əsrdə venesiyalıların döyüşdə qazandığı qələbənin şərəfinə salınıb. Şəhər səkkizbucaqlı şəklindədir. Buranı şəhər-qala da adlandırırlar. Əhalisi 5400 nəfərdir. İtaliyanın digər qəribə bir şəhəri Manapoladır. Şəhər İtaliyanın şimalında, Liquriya əyalətində qayaların üstündə yerləşir. Manapola İtaliyanın ən qədim parkının yerləşdiyi şəhərdir. Yerli əhalinin əsas məşğuliyyəti balıqçılıqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB