QOÇ - Qoç bürcündə gəlininiz varsa, işiniz çətindir. Çox çətin xasiyyəti var, hər işi özbaşına görər. Əgər həm qaynana, həm də gəlin Qoçdursa, demək bütün ömrünüz "mübarizədə" keçəcək.
BUĞA - Gəlininiz Buğadırsa, oğulunuz da yaxşı bir matadordursa, deməli problem yoxdur. Amma pis matadordursa, o zaman bu gəlin haqqında bir az daha düşünün.
ƏKİZLƏR - Xəbərdarlıq: İşiniz çətindir! Hər an fikrini dəyişə bilər. Səhər sizi sevib, axşam nifrət edə bilər. Hər şeydən tez bezər. Zəkasıyla qaynanasını yola gətirməyi bacarar.
XƏRÇƏNG - Yumşaq xasiyyətli gəlindir. Sulugözdür. Bir anda ağlamağa başlayar. İnadkardır. Asan dost ola biləcəyinizi heç düşünməyin.
ŞİR - Qızılı və özünü göstərməyi sevir. Hər şeyin özünün istədiyi kimi olmasından başqa bir şey düşünməz. Ailəsinə hətta ən kiçik müdaxilə edilməsini qəbul etməz.
QIZ - İşləyəndirsə, evlənən kimi qaynanasından ayrı yaşamaq istəyəcək. Çünki evi ilə əlaqədar özünün istəkləri vardır. Təmizlik xəstəsidir. Palçıqlı ayaqqabılarınızla içəri girməsəniz, çox yaxşı dolana bilərsiniz.
TƏRƏZİ - Tərəzi bürcünün tənbəl olma xüsusiyyətini daşıyan gəlindirsə, deməli, "qaya"ya rast gəlmisiniz. Ümumiyyətlə, ədalətli olmaları ilə tanınarlar, hamıya xoş niyyətlə yanaşırlar.
ƏQRƏB - Ümumiyyətlə, "Mənim dediyim olmalıdır" şəklində ifadələri var. Qısqanclığı ilə sizi xəstə edə bilərlər.
OXATAN - Narahat olduğu dövrlər var. O dövrə tuş gəlsəniz, özünüzə diqqət yetirin. Bəzən ağılınıza belə gəlməyən fədakarlıqlar edərlər.
OĞLAQ - Zərif, xoş və maraqlı gəlin tipidir. Çalışqan və həqiqəti xoşlayandırlar. Ehtiraslarıyla istədiklərini əldə edərlər.
DOLÇA - Çox romantik və praktik olduğu üçün yaxşı ev xanımıdır. Həyat yoldaşına sadiqdir. Dolça ilə gözəl bir evlilik olar.
BALIQ - Doğrusu, bir az bezdiricidirlər. Pessimizm və romantiklik "boğaza qədər gəlmişdir". Bir söz desəniz, o dəqiqə ağlamağa hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB