Şaulyay şəhərinin (Litva) 12 kilometrliyində qeyri-adi bir təpə vardır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu təpə tamamilə müxtəlif xaçlarla örtülüb. Bu təpənin yaranma tarixi məlum deyil. Xaç dağının tanınması Roma papasının bura gəlib xaç qoymasından sonra daha da artıb. O vaxtdan indiyə kimi ziyarətə gələnlərin sayı daha da çoxalıb. Əvvəl burada yalnız katolik xaçları var idi, indi isə onlar qarışıq vəziyyətdədir. Ümumilikdə burada 50 mindən çox xaç qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB