Sərvəti 1 milyard dolları keçən 1453 iş adamından 608-i Asiya, 440-ı Amerika və 324-ü də Avropada yaşayır
Dünyanın ən varlı şəxsləri əsasən Asiya, Amerika və Avropa qitəsindən olan işadamlarıdır. Bu barədə ictimaiyyətə Çinin "Hurun Report" jurnalı məlumat yayıb. Jurnalın apardığı araşdırma zamanı məlum olub ki, dünyada sərvəti 1 milyard dolları keçən 1453 işadamından 608-i Asiya, 440-ı Amerika və 324-ü də Avropada yaşayır.
Qeyd edək ki, milyarderlərin ən çox yaşadığı ölkə isə ABŞ-dır. Bu ölkədə 408 milyarder yaşadığı halda, Çinin 317 milyarderi mövcuddur. Araşdırmaya görə, dünyanın ən varlı şəxsi 66 milyard dollar sərvəti olan 73 yaşlı meksikalı Karlos Slimdir. 58 milyard dollarlıq sərvəti ilə sərmayəçi Varren Buffet ikinci, 55 milyard dolları olan ispan Amansio Orteqa isə üçüncüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB