İnsanlar ölüm döşəyində olarkən ən çox dostları və "əlindən çıxanlar" üçün peşman olur. SİA-nın məlumatına görə, tibb elmləri dokrotu, dünyaca məhşur psixoloq Bronnie Vare "The Top Five Regrets of the Dying — A Life Transformed by the Dearly Departing" adlı kitabında ölüm yatağında insanların ən çox peşman olduğu şeyin digər insanlarla əlaqələrindəki səhlənkarlıqların olduğunu bildirib.
İnsanlar ölümlə üz-üzə gəldikdə bir sıra hisslər yaşadığı məlum olub. Vare insanların ölümlə üzləşdiyi zaman inkar, qorxu, hirs, peşmançılıq və.s mərhələlərdən keçdiyini söyləyib.
Xəstələrindən ən çox nə üçün peşman olduqlarını soruşan Vare, aldığı cavabları belə təsnifləşdirib:
1. "Kaş ki, başqalarının məndən gözlədiyi həyatı onlara vermək cəsarətim olardı".
Müəllif bildirir ki, insanların əksəriyyəti ömürlərinin son anında geri qayıtmayacaqlarını anlayırlar. Arzuladıqları işlərin çox böyük bir qisimini həyata keçirmədikləri üçün peşman olurlar.
2. "Kaş bu qədər çox işləməzdim".
Vare qeyd edir ki, kişi xəstələrin böyük əksəriyyəti işlərinə görə ailələrinə və dostlarına kifayət qədər vaxt ayıra bilmədikləri üçün peşman olurlar. Kişi xəstələrin böyük bir qismi əgər həyata qayıtmaq şansları olsa, geri qayıdıb uşaqları daha çox vaxt keçirmək istərdilər.
3. "Kaş ki, duyğularımı dilə gətirməyə cəsarətim olardı".
İnsanların bəzən digərləri ilə əlaqələrini müəyyən bir səviyyədə saxlamaq üçün duyğularını gizlətdiyini deyən Vare, gizlədilən duyğuların insan sağlamlığına son dərəcə mənfi təsir etdiyini bildirib.
4. "Kaş ki, dostlarımla əlaqəmi sona qədər davam etdirərdim".
Müəllif qeyd edir ki, insanlar ölüm yatağında ən çox keçmiş dostları üçün darıxırlar.
5. "Kaş ki, özümə daha çox xoşbəxt olmaq üçün icazə verərdim".
Vare, ölüm yatağındakı xəstələrinin "Kaş ki daha çox gülərdim, kaş ki axmaq işlər görməzdim" deyərək peşmanlıqlarını dilə gətirdiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB