Son araşdırmalar göstərir ki, qadınlar İQ testlərində kişiləri qabaqlayıblar. SİA "Daily Mail"-lə istinadən bildirir ki, qadınlarla kişilər arasında "ağıl mübahisə"sində zərif cinsin mənsubları bəşər tarixində ilk dəfə olaraq qələbələrini rəsmən təsdiqləyiblər. İQ testlər sahəsində dünyaca məşhur ekspert Ceyms Flinnin müxtəlif ölkələrdə apardığı testlərin nəticələri belə deməyə əsas verir.
Professor Flinin sözlərinə görə, kişilərlə müqayisədə qadınlar daha sürətli, genişmiqyaslı və effektiv düşüncə qabiliyyətinə malikdir: "Çağdaş dünyanın mürəkkəb tələblərinə qadınlar daha sürətlə uyğunlaşaraq intellektlərini inkişaf etdirirlər. Qadınlar həm işləyir, həm ev işlərini görür, həm də ailəni idarə edirlər. Testlər bariz və açıq şəkildə göstərir ki, qlobal miqyasda qadınların intellekt səviyyəsi kişilərdən üstündür".
Ekspert bildirib ki, 1980-ci illə müqayisədə qadınların orta statistik İQ səviyyəsi 30 əmsal artıb.
Yeni Zelandiyadakı Otaqo Universitetinin politologiya professoru 16 ölkədə qadın və kişilər arasında apardığı İQ testlərin nəticələri ilə bağlı geniş hesabatı gələn həftə açıqlayacaq. Hələlik yalnız o deyilib ki, İQ testlər zamanı qadınlar 4088139 suala doğru cavab veriblər. Kişilərdə bu göstərici 4077596 olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB