Bu ev meksikalı cütçü Benito Hernandeznin uşaqlıq xəyalı olub. Coahuilada 40 metr uzunluğundakı nəhəng qayanın altında ev inşa edən Hernandez 8 yaşından bəri bunun xəyalını qurduğunu deyib. Qayanın olduğu ərazini satın ala bilmək üçün 20 il mübarizə apardığını deyən Hernandez, 7 uşağını da burada böyüdüb. Çölllük ərazidə elektrikin olmadığı evdə çox xoşbəxt olduğunu bildirərək, daha rahat bir evə köçməyi əsla düşünmədiyini bildirib: "Bu coğrafiyanı çox sevirəm. Xüsusilə gecələri ulduzlarla dolu səma möhtəşəm görünür".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB