Rusiyanın paytaxtı Moskvanın beynəlxalq Şeremetyova Hava Lımanında Fabio Richard Rodrigez adlı Kolombiyalı keşişin mədəsindən 800 qram kokain aşkarlanıb. "Azadinform" xəbər verir ki, Moskvaya missionerlik məqsədi ilə gəldiyini iddia edən keşiş Hava Limanında xəstələnib. Hava Limanı rəsmiləri Rodrigezin vəziyyətindən şübhələnərək dərhal hərəkətə keçiblər. Keşiş tutularaq Moskvadakı bir xəstəxanaya qaldırılıb. Axtarış zamanı onun mədə və bağırsağından 18 paket halında kokain tapılıb.
Üzərində çıxan sənədə görə, Rodrigez Karib dənizi bölgəsindəki bir İngilis kilsəsində keşiş olaraq çalışır. Polisə ifadə verən Rodrigez "Bunu etməyə məni mafiya məcbur etdi. Mənim başqa seçimim qalmamışdı", - deyə bildirib.
Keşişin 15 ilə qədər həbs cəzası verilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB