Ölümündən az əvvəl o, işsiz kimi müavinət ala bilmədiyi üçün özünü yandıracağını jurnalistlərə bəyan eləmişdi
43 yaşlı işsiz fransalı Nante şəhərində məşğulluq idarəsinin qarşısında özünü yandırıb. Kişi aldığı yanıq yaralarından ölüb. Ölümündən az əvvəl o, işsiz kimi müavinət ala bilmədiyi üçün özünü yandıracağını jurnalistlərə bəyan eləmişdi.
Xatırladaq ki, yarım il əvvəl yaşamaq üçün artıq heç nəyinin qalmadığını deyən başqa bir işsiz fransalı Paris yaxınlığında özünü yandırmışdı.
Qeyd edək ki, son yarım ildə Fransada işsizlərin sayı kəskin surətdə artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB