Futbolçu 16 yaşlı qızı zorladı ŞOK

Futbolçu 16 yaşlı qızı zorladı ŞOK

Fransada məşhur futbolçunun yetkinlik yaşına çatmamış qıza təcavüz etdiyi bildirilir.

Polis futbolçunu şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb etməyə hazırlaşır. Həmin futbolçunun ad və soyadı, habelə onun oynadığı klubun adı açıqlanmasa da, sözügedən şəxsin Fransa yığmasında da yer aldığı vurğulanır.

Sia-nın Milli.Az-a istinadən verdiyi xəbərə görə, Parisin cənubunda polisin fahişəliklə məşğul olan qadınlara qarşı keçirdiyi əməliyyatda həmin qadınlardan birinin qızı da saxlanılıb. Qız oğurluqda suçlanır.

Marketdən oğurluq edəndə tutulmuş qızın mobil telefonunda məşhur futbolçunun nömrəsi vardı.

16 yaşlı qız polisə verdiyi ifadəsində bildirib ki, həmin futbolçu ona təcavüz edib, sonra da pul verərək susmağını istəyib.

"Həmin gündən sonra dəfələrlə görüşmüşük, yatağa girmişik", - 16 yaşlı qız deyib. Bir müddət əvvəl Frank Riberi və Kərim Benzema da yetkinlik yaşına çatmamış fahişə ilə əlaqədə olmaqda suçlanmışdılar.

Riberi bildirib ki, Zahia Deharm adlı bu fahişənin yetkinlik yaşına çatmadığından bixəbər olub.

Riberi və Benzemanın məhkəmələri iyunda başlayacaq. Onları 3 il həbs və 45 min avro məbləğində cərimə gözləyir.

Paris Prokurorluğunun mətbuat katibi Aqnes Tib-Lekuvrun dediyinə görə, dükanda oğurluğa görə həbs olunmuş 16 yaşlı qız fahişəliklə də məşğul olub.

Bütün xəbərlər Facebook səhifəmizdə