Dünyanın ən böyük mağarası

1991-ci ilə kimi heç kim bu mağaranın varlığından xəbərdar deyildi. SİA-nın xarixi mətbuata istinadən verdiyi məlumata görə, təsadüfən yerli sakinlərdən biri ora düşüb. İnsanlar ora yaxın getməkdən qorxublar. Çünki mağaradan əcaib səslər gəlirmiş. Sonra məlum olub ki, səs yer altından axan çayın səsidir. Son Dunq mağarası 20 il əvvəl aşkar olunmasına baxmayaraq 2009-cu ildən tədqiqat olunmağa başlanılıb. Mağaranın böyük hissəsi Vyetnamın ərazisinə düşür. Mağaranın uzunluğu 8850 metr, eni 200 metr, hündürlüyü isə 150 metrdir. Sözügedən mağaranın şəkillərini SİA oxucularına təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə