ABŞ-lı qadın 32 kiloqramdan çox tük yeyib

Detroit şəhərində yaşayan 43 yaşlı Lisa ABŞ-da televiziya programlarının birində pişik tükü ilə qidalandığını deyib. SİA-nın xəbərinə görə, "Qəribə Vərdişlər" adlı proqramın qonağı olan Lisa tam 15 ildir pişik tükü yeyir. İnsanları təəccübləndirən qadın bu günə qədər 32 kiloqramdan çox tük yediyini bildirib.

Yaşadığı binanın ətrafında, evdəki kreslolarda və xalçalardakı tükləri yığan Lisa ən çox pişiklərin tükünü yeyir. Qadın pişiyini eynilə ana pişik kimi dili ilə yalayaraq tumarladığını da qeyd edib. Tükləri çeynədikdən sonra udduğunu deyən Lisa onların dadını pambıq halvaya bənzədir və hər iki saatda bir ürəyinin tük istədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə