Din xadimi "Mickey Mouse"a qarşı çıxdı

Din xadimi "Mickey Mouse"a qarşı çıxdı

Səudiyyə Ərəbistanının tanınmış din xadimi Şeyx Məhəmməd Munacid "Mickey Mouse"un şeytanın "əsgəri" olduğunu və onun dərhal bütün telekanallarda və sosial şəbəklərdəki paylaşımlarda yayımlanmasının qarşısının alınmasının vacib olduğunu deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, personajın yaradıcısı Walt Disney din xadiminin bu reaksiyasına təəccüblənib. Qərb dünyası isə Şeyx Məhəmməd Munacidin fikirlərinə qarşı çıxıb. Din xadimi "Mickey Mouse"dan başqa "Tom və Jerry" xarakterlərinin də ekranlardan yığışdırılmasını tələb edib. Onun sözlərinə görə, hətta siçan insana aid hər hansısa bir əşyaya toxunarsa onu dərhal atmaq və ya yandırmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə