Dünən Fransanın paytaxtı Parisdə qadınların şalvar geyinməsinə qoyulan qadağanın 200 ildən sonra nəhayət ləğv edilməsi ilə bağlı xəbər vermişdik.
İndi isə dünyanın ən qəribə qanunlarından bir neçəsini sizə təqdim edirik
1)Norveçdə yerləşən Lonqyirbyen qəsəbəsində ölmək qeyri-qanunidir. Buna səbəb qütbdəki daimi donmuş torpaqlarda cəsədlərin çürüməməsidir. 70 ildir ki, qəsəbənin qəbiristanlığında yeni adam dəfn edilməyib.
2) Sinqapurda saqqız çeynəmək 1992-ci ildən qadağandır.
3) Durian adlı ekzotik meyvə Brüney, İndoneziya və Malaziya kimi ölkələrdə çox sevilir. Ancaq meyvəni avtobus, metro, otel və aeroportlarda yemək tamamilə qadağan edilib. Buna səbəb kimi meyvənin kəskin iyi göstərilir.
4) Danimarkada restoranlarda əhali özünü "doymuş" hesab etmirsə, o yeməyin hesabını ödəməyə də bilər.
5) Britaniyada 1876-cı ildə qəbul edilən Gömrük qanuna əsasən, gömrük işçilərini məhkəməyə vermək olmaz.
6) Yaponiyada kök(şişman) olmaq qadağandır. Dünyada ən az piylik göstəricisinə malik ölkə olmaqlarına baxmayaraq, Yaponiya daha da irəliyə gedərək kökəlməyə qarşı sərt qanunlar təqdim edib. Burada 40 yaşından aşağı olan hər bir kişinin bel ölçüsü 80 sm, qadınınki isə 90 sm-i keçə bilməz.
7) Taylandda evdən alt paltar geyinməmiş çıxmaq, köynək geyməmiş avtomobil sürmək, milli valyutanı tapdalamaq qadağandır. Bundan əlavə, ölkə kralını təhqir edənləri isə 15 ilə yaxın həbs cəzası gözləyir.
8) Danimarkada hər dəfə avtomobili işə salmazdan qabaq mütləq sürücülər avtomobilin altında uşaq olub olmadığını yoxlamalıdır. Bu ölkədə həmçinin həbsdən qaçmaq qanuna zidd deyil.
9) İsveçrədə axşam saat 10-dan sonra tualetin sifonunu çəkmək qadağandır.
10) Trinidad və Tobaqo və Müqəddəs Lusiyada hərbi kamuflaj paltarı geyinmək qadağandır.
11) 1986-cı ildə Britaniyada qəbul edilən Kosmos qanununa əsasən, dövlət Britaniyanın yadplanetlilər tərəfindən işğal edilməsinin qarşısını almaq üçün "lazımi gücdən" istifadə edə bilər. Ancaq yadplanetlilərin lizensiyaları varsa, onlar burada öz kosmos gəmilərini rahat şəkildə sürə bilərlər.
12) Dünyanın müxtəlif yerlərində içki içməklə bağlı çoxlu qəribə qanunlar var. Məsələn Sent-Luizdə şəhər küçələrində oturub pivə içmək olmaz, Çikaqoda isə şəhərin istənilən yerində ayaq üstə içki içən şəxs həbs edilə bilər. Klivlenddə isə bir nəfərdən artıq adam viski şüşəsindən içki içə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB