BlackBerry Z10 və BlackBerry Q10 smartfonlarına tələbat böyükdür.
BlackBerry yenidən dəbdə

Kanadanın sabiq RİM, indisə BlackBerry adlanan korporasiyası ilyarım davam edən sükutdan sonra bazara çıxardığı yeni smartfonları ilə deyəsən, itirdiyi mövqeləri qismən bərpa etməyə başlayıb.

Yanvarın 30-da rəsmi təqdimat mərasimi keçirilmiş BlackBerry Z10 və BlackBerry Q10 smartfonlarına tələbat böyükdür.

"BlackBerry-nin son şansı" adlandırılan bu smartfonlar Samsung və Apple məhsullarının lider olduğu bazarda pis yer tutmayıb.

Britaniya və Kanadada satış rəqəmləri pis deyil. CNET bildirir ki, O2, Vodafone, Orange və EE dükanlarında ilkin sifariş limiti artıq dolub.

Britaniyada isə smartfonların satış həcmi 100 mini keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə