Təhlükəli asteroid yerə yaxınlaşır

Təhlükəli asteroid yerə yaxınlaşır

ABŞ Aerokosmik İdarəsi (NASA) 15 fevral tarixində bir asteroidin Yerin yaxınlığından keçəcəyini açıqlayıb. NASA-nın Yerə Yaxın Kosmos Cisimləri Proqramının rəsmisi Don Yeomans bildirib ki, yarım futbol sahəsi böyüklüyündə olan "2012-DA14" asteroidin indiyə qədər qeydə alan və Yerə ən yaxınından keçən asteroid olacaq.

Asteroidin Yerlə toqquşmayacağını vurğulayan Yeomans, "asteroid Yerdən təxminən 28 min kilometr uzaqlıqdan keçəcək. Bu göy cismi yerdən göndərilən peyklərdən belə yaxından keçəcək. Asteroid aşağı hündürlüklü Yer orbitinə yerləşdirilən Beynəlxalq Kosmik Stansiyanın və müşahidə peykləri ilə Yerin arasından keçib yoluna davam edəcək", - deyib.

Təxminən 50 metr böyüklüyündə olan asteroidin keçidini Mojave səhrasındakı "Goldstone" radarı ilə müşahidə edəcək NASA, ölçüləri, sürəti və əks etdirmə kimi xüsusiyyətlərini müəyyənləşdirdikdən sonra DA14-ün üçölçülü radar xəritəsini hazırlayacaq.

Göy cismi saatda 29 min kilometr sürətlə hərəkət etdiyi üçün həvəskarlar tərəfindən müşahidə edilməsi mümkün olmayacaq. Yalnız təcrübəli və şanslı müşahidəçilər DA14-ü bir anlığa görə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə