Çində maraqlı park açılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, açılan şokolad parkında çantalar, avtomobillər, zinət əyşayları, şüşələr, bürünc heykəllər, hətta insan fiquları belə şokoladdan hazırlanıb. Parkın əşyalarının hazırlanmasına ümumilikdə 160 ton şokolad sərf olunub. Maraqlısı isə parkda şokoladdan hazırlanan xüsusi bitkilərin olduğu fantastik pavilyondur. Bu pavilyon xüsusi lampalar vasitəsilə işıqlandırılır. İndi mütəxəssislər parkın və əşyalarının daha uzun müddət qalması üçün lazımi temperaturun seçilməsi ilə məşğuldurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB