103 yaşlı britaniyalı Qeldis Qaf uzunömürlülüyünün sirrini açıqlayıb. Sən demə, qadının bu qədər yaşamasının səbəbi siqaretdən, spirtli içkilərdən və seksdən imtinadır. "Heç vaxt ərdə olmamışam. Sevgilim də olmayıb. Məni kişilər heç zaman maraqlandırmayıb", - deyə Qaf bildirir.
O, həyatını 1996-cı ildə 85 yaşında vəfat etmiş bacısı ilə dünyanı gəzməklə keçirib: "Cavan oğlanlar bizə çox maraq göstərirdi. Lakin biz yalnız öz aramızda ünsiyyətlə yaşayır, bundan zövq alırdıq. Düşünürəm ki, məhz siqaretdən, alkaqoldan və seksdən uzaq olmağım uzun ömür sürməmə kömək edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB