ABŞ-ın Texas ştatının San Antonio şəhərində yaşayan Nelson Volff içində kompyuterlərin olacağı, e-kitablarla dolu dünyanın ilk kitabsız kitabxanasını açmağa hazırlaşır. SİA xəbər verir ki, "Apple"-ın qurucusu Stiv Cobsun bioqrafiyasını oxuduğunu və çox təsirləndiyini söyləyən Volff bu layihənin kitabxana ənənəsini yox etməyəcəyini, kitabxana anlayışını daha da zənginləşdirəcəyinə inanır. "Daily Mail" qəzetində yer alan xəbərə görə, Volff yeni layihəsi üçün 5000 kvadrat metr sahədə qurulan bir dövlət binasını xəyalındakı kitabxanaya çevirəcək.
150 kitab oxuyucu, 50 kompyuter, 25 planşet və 25 notbukun olacağı kitabxanada uşaqlar üçün də xüsusi bir yer düşünülüb. Ziyarətçilərin yanlarında gətirdikləri kompyuterlərə istədikləri e-kitabları yükləyə biləcəklərini söyləyən Volff sözlərinə belə davam edib: "Kitabxanaya gələnlər e-kitabları evlərinə apara biləcək. Lakin 2 həftə sonra geri gətirməsələr sistem bağlanacaq və kitab oxucuları işləməyəcək".
Məlumat üçün bildirək ki, kitabsız kitabxananın 2013-cü ilin sonlarına yaxın açılması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB