Finlandiyada aparılan araşdırmada məlum olub ki, evlilik kişi və qadınlarda infarkt keçirmə və infarktdan ölüm riskini azaldır. SİA-nın xəbərinə görə, 35 yaş və ondandan çox olan insanların sağlamlığını və həyat tərzini araşdıran elm adamları evli qadınların infarkt keçirmə və infarktından ölmə riskinin 20%, boşanmışlarda 32%, subaylarda isə 43% olması nəticəsinə gəliblər. Evli kişilərdə isə bu risk 26%, boşanmışlarda 42%, subaylarda 51% təşkil edir.
Elm adamları bildiriblər ki, ümumilikdə evli insanlar daha sağlam və nizamlı həyat tərzinə sahibdirlər. Subaylar isə daha çox depressiyaya girənlər sırasındadırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB