"Porsche" nin menecerləri həbs olunub

"Porsche" nin menecerləri həbs olunub

Hindistan məhkəməsi məşhur avtomobil şirkəti "Porsche" nin Hindistanda olan doqquz aparıcı menecerinin həbsi barəsində qərar qəbul edib. SİA-nın məlumatına görə, bununla yanaşı icraçı direktor və direktorlar şurasının üzvləri də həbs edilib.

Doqquz il ərzində "Porsche" nin eksklüziv distributoru olan "Precision Car" şirkəti cari hadisənin əsas səbəbkarı olub. "Porsche" özünün hindli tərəfdaşına heç nə demədən öz distributorunu dəyişib ki, bu da "Precision Car" ın alman istehsalçını məhkəməyə verməyə məcbur edib.

Caypur şəhər məhkəməsi "Porsche" ni etibarlı distributora qarşı cinayət əlbirliyində ittiham edərək, İnterpola cinayətkarların tutulması ilə bağlı lazımi tədbirləri görməyi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə