Nadir gümüş sikkə "Stack`s Bowers Galleries" hərrac evində rekord qiymətə satılıb
1794-cü ilin istehsalı olan nadir bir dollarlıq gümüş sikkə ABŞ-n "Stack`s Bowers Galleries" hərrac evində rekord qiymətə - 10 milyon dollara satılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sikkənin unikallığı ondan ibarətdir ki, onun üzərində Azadlığı təcəssüm edən, ulduzların ətrafında olan saçları açıq qadın profili çəkilib. Mütəxəssislərin fikrincə, bu, ABŞ-da buraxılan ilk dəmir pul olub.
Gümüş sikkənin sahibi "Legend Numismatic" numizmatika şirkəti olub. Şirkət gələcəkdə bu qədim əşyanı daha baha qiymətə satmaq niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB