Müdirlər yuxumuza da qarışacaq

Amerikalı işçilərin xroniki yuxusuzluğu çalışdıqları şirkətə milyardlarla dollar ziyan vurur

"The Wall Street Journal"ın məlumatına görə, Harvard universitetinin Tibb məktəbindən olan mütəxəssislər bu nəticəyə gəlib. Alimlərin fikrincə, yuxusuzluq işin keyfiyyətini aşağı salır, Amerika şirkətlərinə ildə 63,2 milyard dollar ziyan vurur.

ABŞ xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzinin məlumatına görə, amerikalıların 30%-i yəni 40,6 milyon nəfər yuxusuzdur. "The Wall Street Journal" artıq bir çox şirkətlərin yuxusuzluğun onlara nə qədər ziyan vurduğunu anladığını deyib. Bunun üçün xüsusi "yuxu kursları", mühazirə və master klaslar təşkil edilir, bu tədbirlərə yuxuların önəmi haqqında danışan mütəxəssislər dəvət olunur.

Belə ki, ötən il Viskonsin ştatının Avrora şəhərindəki ən böyük tibb mərkəzinin 2,6 mindən çox işçisi Johnson & Johnson şirkəti tərəfindən yuxusuzluqla mübarizə üçün hazırlanan 6 həftəlik kurslarda iştirak edib. Bu qəbil proqramlardan yararlanan şirkətlər arasında ən böyük Amerika banklarından biri Goldman Sachs və təmizləyici vasitə istehsalçısı Procter&Gamble da var.

"The Wall Street Journal"ın yazdığına görə bəzi şirkətlər ofisdə yuxunu tənzimləyən melatonin harmonuna nəzarət edən xüsusi işıq lampaları quraşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə