Keşniş
Keşniş (latın dilində "coriandrum sativum") çətirçiçəklilər fəsiləsindən birillik ot cinsidir. Ana vətəni Aralıq dənizi ölkələridir. Keşniş 1-ci əsrdə Romadan Avropaya gəlmiş, Böyük Coğrafi Kəşflər Dövründə isə (16-17ci əsrlər) Avropadan Amerikaya, həmçinin Avstraliyaya keçmişdir. Hündürlüyü 120 sm-ə çatır. Çiçəyi çətirvari, yarpağı lələkvari, toxumu isə kürəvaridir. Meyvəsi yetişdiyi yerdən asılı olaraq iyun-iyul və avqust-sentyabr aylarında yetişir. Meyvəsində iki toxum olur. Meyvəsindən ədbiyyat, yarpağından isə tərəvəz kimi istifadə edilir. Keşniş əsasən Cənubi Avropa və Asiyada, həmçinin Şimali Amerika və Afrikada becərilir. Keşniş tam yetişdikdən sonra biçilir, qurudulur və döyülür.
Faydaları
İştahanı artırır
Həzmi asanlaşdırır
Həzm pozğunluğunu aradan qaldırır
Mədə-bağırsaq xəstəliklərinin müalicəsinə kömək edir.
Öd kisəsi iltihabına qarşı təsirlidir
Qazqovucudur
Ağrıkəsici təsirə malikdir (xüsusilə də, başağrısı üçün)
Qara ciyər xəstəliklərinə qarşı faydalıdır
Ən yaxşı sakitləşdiricidir
Qan təzyiqini aşağı salır
Doğumu asanlaşdırır
Beyin yorğunluğunu aradan qaldırır
Yuxarı tənəffüs yolu xəstəliklərinin müalicəsinə kömək edir
Antiseptik təsirə malikdir
Qusmanın qarşısını alır
İshalı aradan qaldırır (xüsusilə də, uşaqlarda)
Dizenteriyaya qarşı təsirlidir
Ürək-damar sisteminin fəaliyyətini nizamlayır
Ateroskleroza qarşı faydalıdır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB